Bu müsahibə Şənərin “yutub” kanalında paylaşılıb.
33 yaşlı hücumçu “Neftçi”yə necə gəldiyindən, kimin vasitəçiliyi ilə bu kluba qoşulduğundan və komandaya uyğunlaşmağından danışıb:
“Bu klubda çox yaxşı insanlar bir arada birləşib. Bəli, artıq “Neftçi”yə alışmışam. Uyğunlaşma dönəmini keçmişəm. Yeni komandayıq. Komandaya köməyimin dəyməsi üçün əlimdən gələni edəcəm. Əvvəlki komandalarımda necə mübarizə aparmışamsa, burda da var gücümlə çalışıb, komandama xeyir verməyə çalışacam. “Neftçi”yə gəlməmişdən əvvəl həm Cenk Sümer, həm də Çağlar Söyüncü ilə görüşdüm. Bu komandadan fərəhlə danışdılar, böyük klub olduğunu izah etdilər. Cenk Sümeri “Beşiktaş” dönəmində də tanıyırdım. Bu da qərar verməyimi bir qədər asanlaşdırdı. Liqa haqqında danışsaq, kənardan bəzən asan görünə bilər, amma əslində heç də belə deyil. Tam əksinə, çox çətin liqadı. Azərbaycan çox gözəl ölkədi. Burda insanlar futbola böyük hörmətlə yanaşır. Kluba gəldiyim gündən bəri gördüyüm qədəri ilə hər şey çox yaxşı təşkil olunub”.
MÜZƏFFƏR QULUZADƏ