Türkiyənin tanınmış aktyoru Halil Ergun səhhətində ciddi problem yaranıb.
"Cebheinfo.az" “Habertürk”ə istinadən xəbər verir ki, aktyora özəl xəstəxanalardan birində əməliyyat olunub.
79 yaşlı Halil Ergunun ürəyinin damarlarından birində daralma aşkarlanıb və həmin damara stent yerləşdirilib.
Məlumata əsasən, hazırda aktyorun vəziyyəti stabildir. O, bir gecə xəstəxanada həkimlərin nəzarəti altında saxlanılacaq.
Qeyd edək ki, “Yaprak dökümü” serialı ilə məhşurlaşan Halil Ergun “Böyük yalan”, “Ailə məsələsi”, “Mənə sevməyi öyrət”, “Yolçu”, “Babamın göz yaşları” kimi bir sıra film və seriallarda oynadığı rolarla geniş tamaşaçı rəğbəti qazanıb.
"Cebheinfo.az"