Dünya texnolgiya və iqlim siyasəti sahəsində çox sürətlə inkişaf edir. Gənclərin bu proseslərdə iştirakı da çox önəmlidir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir:
"Gənclərin təşəbbüsləri bizim gələcəyimizi formalaşdıracaq. Bu tədbir bizim ideyalarımızın reallaşması üçün ideal fürsətdir".
Y. Rəfiyev əlavə edib ki, gənclər Dialoq çərçivəsində ideayların mübadiləsini həyata keçirməli və birlikdə fəaliyyət göstərməlidirlər.