AZ

Bu, Kralın son bayramı ola bilər-Sarayda narahatçılıq

Kral olmaq üçün 64 il gözləyən və 70 yaşlarında taxta çıxma sevincini yaşayan İngiltərə kralı III

Çarlz bir müddətdir ki, xərçənglə mübarizə aparır. 

Ölkə.az xəbər verir ki, 2024-cü ilin fevralında xərçəng diaqnozu qoyulan Çarlzın səhhəti Bukingem Sarayını əsas narahat edir. 

İşgüzarlığı ilə tanınan 77 yaşlı kral gərgin iş qrafikinə ara verməli olub və həkimlərin tövsiyələrinə əməl etməyə başlayıb. Saraya yaxın mənbələr daha əvvəl Çarlzın ömrünün iki il qaldığını və xəstəliyinin sürətlə inkişaf etdiyini qeyd ediblər. 
Son iddialara görə çətin bir dövr keçirən Çarlzın bu ilki Milad şənliklərini "son bayramı" olaraq qeyd etməyə hazırlaşdığı və bu səbəbdən çox xüsusi bir təşkilati hazırlıq işləri aparılır.
Saraya yaxın mənbələr bildiriblər ki, bu, onun son Milad bayramı olacağı təqdirdə, xüsusi bir bayram keçirmək istəyir:

"Heç kim Çarlzın bunu etməsinə mane ola bilməz. Onun anası Kraliça II Yelizaveta "İnanılmaq üçün görünmək lazımdır" məsəli ilə böyüdü və o, ondan gözlənilən şeyi edəcək və daha da üstünə gedəcək".

Bukingem Sarayı hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

 Mürtəza

Seçilən
58
1
olke.az

2Mənbələr