Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Çempionatın lideri "Qarabağ" (29 xal) ikinci pillədə qərarlaşan "Zirə"nin (26 xal) qonağı olacaq.
Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq. Oyunu Rauf Cabarov idarə edəcək.
XIV turun digər matçları dekabrın 7, 8 və 9-da keçiriləcək.
Telegram kanalımız