AZ

Pakistan və Əfqanıstan sərhədçiləri arasında atışma baş verib

Pakistan və Əfqanıstan sərhədçiləri arasında atışma baş verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Pakistan qüvvələri ilə "Taliban" arasında Qəndəhar əyalətinin Spin-Boldak sərhədində toqquşmalar olub.

Hər iki tərəf həm yüngül, həm də ağır silahlardan istifadə edib.

Toqquşmalar barədə digər məlumat verilməyib.

 

Seçilən
74
3
7news.az

5Mənbələr