AZ

Milli Məclisdə Süni İntellekt Komitəsinin yaradılması müzakirə olunur

Milli

Milli Məclisdə süni intellekt sahəsinə dair ayrıca komitənin yaradılması təklifi deputatlar arasında müzakirələrə səbəb olub.Ulusum.az xəbər verir ki, deputat Elçin Mirzəbəyli bildirib ki, süni intellekt artıq hüquq, iqtisadiyyat, təhlükəsizlik və digər sahələrə ciddi təsir edir və bu səbəbdən parlament səviyyəsində ayrıca nəzarət qurumunun yaradılması vacibdir.O, Avropa Parlamenti, ABŞ, Böyük Britaniya, Sinqapur və Estoniya kimi ölkələrin təcrübəsini misal çəkərək, belə strukturların rəqəmsal siyasətin koordinasiyası və tənzimlənməsində mühüm rol oynadığını vurğulayıb.Mirzəbəylinin fikrincə, Azərbaycanda da Süni İntellekt və Rəqəmsal Texnologiyalar Komitəsinin yaradılması qanunvericiliyin təkmilləşməsi və milli prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.R.Daşdəmirova

Diqqət Çəkənlər

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu

Gəncədə kuryerlə qadın sürücü arasında yol hərəkəti zamanı münaqişə yaşanıb

Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu

Seçilən
47
ulusum.az

1Mənbələr