AZ

Komo ya görə hər şeyi və hər kəsi yeyərəm Fabreqas özündən çıxdı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Komo"nun baş məşqçisi Sesk Fabreqas Milan "İnter"inin "sükanı arxası"na keçməyə yaxın olduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini tanınmış jurnalist Canluka Di Martsio şəxsi saytı vasitəsi ilə belə çatdırıb:

"Bu, hazırda məni maraqlandırmır. Əksinə, belə sual emosiyalar səbəbindən ürəyimi ağrıdır. Odur ki, cavablandırmaq niyyətində də deyiləm. Mən "Komo"dayam, "Komo"ya görə hər şeyi və hər kəsi yeyərəm. Qarşıdakı oyunda qələbə qazanmaq, əla oyun keçirmək, böyüməyə davam etmək istəyirik. Bu qədər".

Qeyd edək ki, "Komo" bütün turnirlərlərdə keçirdiyi son 12 oyunda uduzmayıb. Hesabında 24 xal olan kollektiv A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Fabreqasın komandası İtaliya çempionatının 14-cü turu çərçivəsində bu gün "İnter"in qonağı olacaq.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
fanat.az

2Mənbələr