Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Noyabrın 15-dən etibarən istilik mövsümünə başlanılıb. Artıq 20 gündə dəm qazından 6 nəfər boğularaq həyatını itirib. Bizim.Media bu dövrdə dəm qazından boğulanların siyahısını təqdim edir:18 noyabr Şamaxının Nazim Hikmət küçəsi, ev 5 ünvanında yaşayan sakini Hümbətov Emil Eyvaz oğlu dəm qazından zəhərlənərək ölüb.1 dekabr Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Hadisə rayonun Hacılı kədində qeydə alınıb. 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva dəm qazınınn qurbanı olublar.1 dekabr Xaçmaz rayonunun Müşkür kəndində 52 yaşlı Gülxanım Gülməmməd qızı Adamova yaşadığı evin hamamında dəm qazından boğulub.
3 dekabr Bakıda 2007-ci il təvəllüdlü Leyli Yusif qızı Məmmədova yaşadığı Nəsimi rayonu Dağıstan küçəsində hamam otağında dəm qazından zəhərlənərək ölüb.
4 dekabrda isə bənzər faciə Mingəçevir şəhərində yaşanıb. 1962-ci il təvəllüdlü Əntiqə İsmayılova şəhərin Əkinçi küçəsində yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib.Naibə Məmmədova, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.