Yanvarın 7-də Azərbaycanın müxtəlif regionlarında torpaq hərracları keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.
Qeyd edilib ki, hərraclar Dövlət Xidmətinin Abşeron, Salyan, Saatlı, Neftçala, Sabirabad, Ağdaş, Yevlax, Kürdəmir, Şəmkir, Qusar, Quba, Şabran, Beyləqan, Cəlilabad, Masallı, Ağsu, Şəki, Qax və Zaqatala ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 47 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta