AZ

La Liqa: “Malyorka” səfərdə autsayder “Ovyedo” ilə heç heçə edib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

La Liqanın 15-ci turunda “Ovyedo” “Malyorka”nı qəbul edib.

İdman.Biz bildirir ki, qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.

Oyunun sonlarında “Ovyedo”nun iki oyunçusu – Santi Kasorla və Federiko Vinyas qırmızı vərəqə alaraq meydançanı tərk ediblər.

Bu oyundan sonra “Ovyedo” 10 xalla 19-cu yerdədir. 14 xal toplayan “Malyorka” 15-ci yerdə qərarlaşıb. Çempionata 37 xal toplamış “Barselona” liderlik edir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
icma.az

2Mənbələr