Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son oyununda "Sabah" "Şəki"nin qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 115:83.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" A qrupunda liderliyini davam etdirir. "Şəki" 9 xalla beşinci sıradadır.
Günün ilk oyununda "Quba" "Sumqayıt"dan üstün olub - 107:90.
Qeyd edək ki, VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.
Millilərimiz Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
Alperen Şengün NBA tarixinə düşüb
"Sumqayıt" amerikalı basketbolçu transfer edib
Azərbaycan Basketbol Liqasında bu gün daha 2 qarşılaşma baş tutacaq
ABL: "Neftçi" Gəncə təmsilçisi ilə münasibətlərə aydınlıq gətirəcək