ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatının püşkatma mərasimi zamanı FİFA Sülh Mükafatına layiq görülüb.
Aznews.az xəbər verir ki, Tramp mükafatı almaqdan böyük şərəf duyduğunu bildirib: "Hər kəsə təşəkkür etmək istərdim. Dünya daha təhlükəsiz yerdir".
FİFA mükafatı noyabrın 5-də elan edib. O, hər il öz sarsılmaz fədakarlığı və görkəmli nailiyyətləri ilə insanları sülh üçün bir araya gətirməyə kömək edən şəxslərə təqdim olunacaq.