AZ

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak etdi

Avstriyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib.

Azərbaycanın Xarici işlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir Azərbaycanın strateji baxışını və xarici siyasət prioritetlərini müzakirə etmək üçün siyasətçiləri, beyin mərkəzlərini, akademikləri və müstəqil ekspertləri bir araya toplayıb.

Dəyirmi masa zamanı nazir Azərbaycanın sabitləşdirici qüvvə kimi regional rolunun genişləndiyini vurğulayıb.

Nazir çoxtərəfli əməkdaşlığın daha çox etimad və effektivlik tələb etdiyi bir vaxtda Azərbaycanın müxtəlif formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.

Diplomat Azərbaycanın 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi, regional və qlobal məsuliyyət mövzusu altında davamlı urbanizasiya, dayanıqlı mənzil, təmiz enerji infrastrukturu və iqlim maliyyəsinin səfərbərliyini birləşdirəcək qlobal platformalar barədə məlumat verib.

Seçilən
20
2
publika.az

4Mənbələr