AZ

Velko Paunoviç 2030-cu ilə qədər Serbiya millisində! – ARENA.AZ

Serbiya Futbol İttifaqı bu ölkənin milli komandasının baş məşqçisi Velko Paunoviç ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 48 yaşlı mütəxəssislə 2030-cu il ilin dekabrına qədər sözləşmə imzalanıb.

Xatırladaq ki, serbiyalı məşqçi bu ilin yayından millinin baş məşqçisi vəzifəsində çalışır. O, sözügedən komandanı indiyə qədər 2 oyuna çıxarıb, 1 qələbə və 1 məğlubiyyət görüb.

Serbiya millisi DÇ-2026-nın seçmə mərhələsində qrupu 13 xalla üçüncü pillədə tamamlayıb və final mərhələsinə vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Velko Paunoviç bu ilin mart ayından “Real Ovyedo”ya rəhbərlik edirdi. Komanda məhz serbiyalı mütəxəssisin rəhbərliyi altında La Liqaya yüksəlmişdi. Paunoviç yayda “Real Ovyedo”dan ayrılandan sonra Serbiya millisinin sükanı arxasına keçmişdi.

Paunoviç daha öncə Serbiyanın U-18, U-19, U-20 yığmalarına, “Çikaqo Fayr”, “Ridinq”, “Quadalaxara”, “Tiqres UANL” kimi komandalara da rəhbərlik edib.

Seçilən
38
23
arena.az

10Mənbələr