ain.az, Qol.az portalına istinadən məlumat yayır.
Rodri “Real”la oyunu buraxa bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasının növbəti matçını buraxa bilər.
QOL.az xəbər verir ki, ispaniyalı futbolçunun zədə səbəbindən 6-cı tur çərçivəsində “Real” ilə baş tutacaq qarşılaşmada iştirakı sual altına düşüb. Baş məşqçi Xosep Qvardiola oyunçunun Premyer Liqada sabah baş tutacaq “Sanderlend”lə qarşı matçı da buraxacağını təsdiqləyib.
Xatırladaq ki, bu mövsüm bütün turnirlərdə cəmi 8 oyunda şans qazanan futbolçu hələlik məhsuldar nəticə nümayiş etdirməyib.
Qeyd edək ki, “Mançester Siti” və “Real” klubları arasında qarşılaşma 10 dekabrda baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.