Bakı. Trend:
Bu il “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası ilk dəfə sirktematikası ilə təqdim olunur və Fəvvarələr Meydanını rəngarəngpersonajların, canlı şouların, musiqinin və özünəməxsus dekorlarınharmoniya təşkil etdiyi unikal bir məkana çevirir.
Bu barədə Trend-ə “Nargis” Fondunun mətbuat xidmətindən məlumatverilib.
Bu il yarmarkada qonaqları 60 böyük və 20 balaca dekorativ ev,üç ədəd iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli,“xoxan” labirinti, iki photo booth, müxtəlif tematik fotozonalar vəsirk elementləri ilə zənginləşdirilmiş tamamilə yenikonstruksiyalar qarşılayacaq.
2013-cü ildən etibarən hər il “Nargis” Fondunun təşkilatçılığıilə keçirilən və şəhərimizin artıq Yeni il ənənəsinə çevrilmiş“Soyuq Əllər, İsti Ürək” yarmarkası bu il də xeyriyyə məqsədiləkeçirilir. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulanevlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdənəziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərininqarşılanmasına sərf edilir. Hər il olduğu kimi, yarmarkanın maliyyəhesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmiwww.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarındapaylaşılacaq. İnternat, uşaq evləri və sosial xidmətmüəssisələrindən olan azyaşlılar fəxri qonaqlar olaraq yarmarkayaqatılacaqlar.
“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının qapıları 8yanvar 2026-cı il tarixinədək hər gün 11:00-dan 23:00-dək açıqolacaq və hər il olduğu kimi, giriş tamamilə ödənişsizdir.Fəvvarələr Meydanında qonaqlar həm Qərbin, həm də Şərqinləzzətlərini bir araya gətirən məkanlarda yüksək keyfiyyətlitəamlardan və isti içkilərdən dadmaq, eksklüziv əl işləri vəsuvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq, sevdikləri iləbirlikdə unudulmaz xatirələri şəkillərdə həkk etmək imkanıqazanacaqlar.
Yarmarkanın təşkil edilməsində tərəfdaşların və sponsorlarınmüstəsna rolu olmuşdur. Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcraHakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, AzərbaycanDövlət Reklam Agentliyi, Epoint və Pasha Holding TəhlükəsizlikXidmətidir. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sponsorlar“PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “Tess”, “Luxurywine”“Birmarket”, “Ozmo”, “Bioderma”, “Vyana Şokolad Evi”, “Xırta-Xırt”,“Magnolia”, “Sweetelnik”, “Taste of Friendship”, “Corndogs”,“Çubuq”, “Eat Me”, “Fettycheese”, “Panda Noodle”, “Atabey Çiğköfte”və “Mandu” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlibYeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik!
Havalar soyuq olsa da qəlblərimiz daim isti olsun!