AZ

“Forsaj” filmini xatırladan QƏZA: “Mercedes” maşınların üzərindən UÇDU – VİDEO

Rumıniyada avtomobil havaya qalxaraq maşınların üstündən keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Sükan arxasında halı pisləşən 55 yaşlı sürücü idarəetməni itirərək iki avtomobilin üzərindən keçib.

Hadisə anı müşahidə kamerası tərəfindən saniyəbəsaniyə qeydə alınıb.

Görüntülərdə “Mercedes” markalı avtomobilin sürətlə gələrək iki maşının üzərindən uçduğu və həmin anı çəkən kameranı dağıtmaqdan son anda yayındığı əks olunub.

Məlumata əsasən, qəzaya səbəb 55 yaşlı sürücünün sükan arxasında qəflətən halının pisləşməsi və idarəetməni itirməsi olub.

Orta dərəcəli bədən xəsarətləri alan sürücü ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
70
interpress.az

1Mənbələr