Bakı. Trend:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın5-də davam etdirilib.
Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəməyə sədrlik edən diqqətə çatdırıb ki, iş üzrə zərərçəkmişşəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyəmüraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edəbilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrinitəsdiqlədiklərini bildirən ərizələr göndəriblər.
Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etirazetməyiblər və qeyd edilib ki, bugünkü iclasda həmin ifadələrsəslənəcək.
Sonra iclasda zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxsinifadələri, cinayət işi materiallarında olan ekspertiza rəyləri,protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlərelan olunub.
Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.
Trend xatırladır ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı RubenVardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılmışdır.