AZ

Naxçıvanın 2026-cı il büdcəsində gəlir mənbələri üzrə 64,12 milyon manat artım olacaq

Bakı. Trend:

Dekabrın 5-də “Naxçıvan Muxtar Respublikasının 2026-cı ilbüdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsininmüzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclasıkeçirilib.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Ali Məclisininmətbuat xidmətindən məlumat verilib.

İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev vurğulayıb ki,Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirlərinin483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manatməbləğində təsdiq edilməsi nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, 2026-cı il üzrə Naxçıvan MuxtarRespublikasının büdcəsinin layihəsinə nəzər saldıqda gəlirmənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya30,9 faiz artım müşahidə olunur. Həmçinin 2026-cı il üzrə büdcəgəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğiniüstələyib.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovvə iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədəməlumat veriblər.

İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsiyeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisininnövbəti iclasının müzakirəsinə təqdim edilib.

Seçilən
47
5
az.trend.az

7Mənbələr