AZ

Ali Məhkəmədə Femida könüllüləri ilə görüş

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Könüllülər Günü münasibətilə Ali Məhkəmədə Femida könüllüləri ilə görüş keçirilib. Görüş Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, Azərbaycan Vəkillər Kollegiyasının və Mediasiya Şurasının iştirakı ilə keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, tədbirdə könüllülərin hüquqi sahədə göstərdikləri təşəbbüslərin dövlət qurumları ilə əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb.

Bildirilib ki, könüllülərin fəaliyyəti sosial siyasətin icrasına dəstək göstərərək ictimai xidmətlərin səmərəliliyinin artırılmasına və sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verib. Onların fəal iştirakı dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqənin daha effektiv qurulmasına şərait yaratmaqla yanaşı, müxtəlif sahələrdə həyata keçirilən təşəbbüslərin koordinasiyasının gücləndirilməsinə xidmət edir.

Sonra 2025-ci il üzrə "Femida Könüllüləri" Təşkilatı tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə fəal iştiraklarına görə bir qrup könüllü təşəkkürnamə ilə təltif olunub.

Seçilən
67
3
hafta.az

4Mənbələr