AZ

Bakıda kafedə partlayış olub, 3 nəfər xəsarət alıb

Bu gün saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda bildirilib.

 

Tarix: 5 Dekabr 2025, 18:11   
Seçilən
45
3
pravda.az

6Mənbələr