AZ

Levandovski Səudiyyə Ərəbistanı klubuna keçə bilər KİV

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-Əhli” və “Əl-İttihad” klublarına sahib olan Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (“Public Investment Fund”) gələn yay “Barselona”nın hücumçusu Robert Levandovskini almağı düşünür.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, futbolçuya super müqavilə təklif ediləcəyi gözlənilir.

Bununla belə, ”Barselona” Levandovskini heyətində saxlayacağına ümid edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Qeyd edək ki, bu mövsüm Levandovski “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 8 qol vurub və bir məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
yeniavaz.com

2Mənbələr