AZ

Mərhum nazirin şirkətinə 364 min manatlıq sifariş

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.

Tribuna xəbər verir ki, tenderin qalibi “ATA Texnologiya” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 364 124,4 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşən şirkətin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

Açıq mənbələrdə Mais Yusifov haqqında məlumatlar məhduddur. Məlum olan odur ki, o, Azərbaycan İqtisad Universitetinin “Statistika” ixtisası üzrə təhsil alıb. 1997-ci ildə məzun olan Mais Yusifov 2016-cı ildən “ATA Texnologiya” MMC-yə rəhbərlik edir.

Qaynarinfo

Seçilən
5
2
tribunainfo.az

3Mənbələr