Olaylar.az xəbər verir ki, İl-Long bazası Fransanın nüvə sisteminin əsas elementi hesab olunur. Burada dayanmış sualtı qayıqlar nüvə başlıqları ilə təchiz olunub və ölkənin strateji müdafiə doktrinasında həlledici rol oynayır.
Dronlara atəş açıldığı təsdiqlənib, lakin onların vurulub-vurulmadığı açıqlanmır. Hadisənin miqyası və mənbəyi barədə Fransa hakimiyyəti hələlik əlavə məlumat verməyib.
Hadisə ölkədə təhlükəsizlik sisteminin fəaliyyətinə dair müzakirələri gücləndirib, çünki nüvə silahı yerləşən obyektlərdə dronların görünməsi ciddi təhlükə kimi qiymətləndirilir. Fransız ordusu bazanın təhlükəsizlik səviyyəsinin artırıldığını bildirib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31