AZ

Abşeronda biabırçı mənzərə: bataqlığa çevrilən məktəb yolunda uşaqlar palçıq içində dərsə gedir – VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin girişi yağış sularından gölməçəyə çevrilib.

Sayta müraciət edən valideynlər bildiriblər ki, məktəb binası yeni təmir olunub, istifadəyə verilib, lakin məktəbin girişi və yolu hər yağışdan sonra keçilməz vəziyyət alır.

Valideynlər deyir ki, bu, adi haldır:

“Bu gecə yağışdan sonra məktəbin qarşısı yenə keçilməz oldu. Uşağı dərsə çətinliklə gətirə bildim. Qayıqla üzüb keçək? Niyə məktəb yolunu təmir etmirlər? Bütün təhsil müəssisələrinin qarşısı ən azından asfalt olur. Burada isə yol salınmayıb. Hər yağış yağanda palçıq yaranır”, – deyə onlar vurğulayıblar.

Saray 1 nömrəli tam orta məktəbin direktoru Asəf Bayramov Musavat.com-a açıqlamasında subasmanın qəza ilə bağlı olduğunu bildirib: “Subasması qəza ilə bağlı idi. Xidmətdən gəlib kanalizasiyanı təmizləyib açdılar. Yolun subasması uşaqların gediş-gəlişinə əngəl yaratmır. Həm də subasma məktəb daxilində yox, məktəb xaricindədir”, – deyə direktor bildirib.

Lakin valideynlər direktorun açıqlamasını qəbul etmirlər. Onlar bildirirlər ki, problem hər yağışda təkrarlanır və yol uzun müddət düzəlmədikcə şagirdlər bu çətinliyi yaşamağa davam edəcəklər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Rəsmi qurumdan bildirdi ki, sözügedən məktəbin əsaslı təmirindən sonra asfalt örütüyünün yenilənməsi nəzərdə tutulub: “Yaxın zamanlarda da asfalt örtüyünün yenilənməsi ilə bağlı aidiyyatı quruma müraciət edilib”.

Seçilən
282
ekologiya.az

1Mənbələr