AZ

Salyanda orta məktəbdə 17 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Salyanda orta məktəbdə baş verən zəhərlənmə nəticəsində 17 nəfər xəstəxanaya müraciət edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstəxanasının Təcili tibbi yardım şöbəsinə bu gün saat 13:40-da 17 nəfər (13 nəfər qadın cinsi, dörd nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub:

“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən doqquz nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda səkkiz nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”.

Seçilən
57
10
editor.az

10Mənbələr