AZ

"InvestAZ" və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib (FOTO)

Bakı. Trend:

"InvestAZ" İnvestisiya Şirkəti 27 noyabr 2025-ci il tarixindəBakı Avrasiya Universitetində (BAAU) maliyyə bazarları və rəqəmsalaktivlərə həsr olunmuş seminar təşkil edib. Tədbir universitetin“Regionşünaslıq və iqtisadiyyat” fakültəsi və “İqtisadiyyat”kafedrası ilə birgə həyata keçirilib.

Seminarın əsas məqsədi tələbələrə kapital bazarlarının müasirdinamikası, qlobal maliyyə trendlərinin yerli bazara təsiri,rəqəmsal aktivlərin iqtisadi mahiyyəti və eniş dövrlərində tətbiqolunan investisiya strategiyalarının praktiki tərəflərini təqdimetmək olub. Tədbirdə iştirak edən tələbələrə həm nəzəri biliklər,həm də real bazar nümunələri əsasında tətbiqi yanaşmalar nümayişetdirilib.

Seminarın əsas məruzəçisi "InvestAZ"ın Tədris və AnalitikaDepartamentinin baş mütəxəssisi, iqtisad elmləri üzrə fəlsəfədoktoru Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasınınformalaşma prinsipləri, müxtəlif bazar şəraitində investordavranışı, qısa satış strategiyalarının tətbiqi və risklərin idarəolunması mexanizmləri barədə geniş təqdimatla çıxış edib. Məruzədəhəmçinin qlobal maliyyə tendensiyalarının yerli kapital bazarlarınainteqrasiyası, analitik təhlilin investisiya qərarlarında rolu vərəqəmsal alətlərin bazarda istifadəsi kimi mövzulara datoxunulub.

Seminarda maliyyə məsləhətçisi Rəşad Mustafayev tərəfindənBitcoin və kriptovalyuta bazarının hazırkı vəziyyəti, rəqəmsalaktivlərin iqtisadi dəyəri, kriptovalyutaların investisiyaportfellərində diversifikasiya baxımından rolu və bazarın gələcəkinkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Tələbələrkriptovalyuta ekosistemi, blokçeyn texnologiyası və rəqəmsalaktivlərin qlobal maliyyə sistemində artan roluna dair müxtəlifsuallar ünvanlayıblar.

Tədbir interaktiv şəkildə davam edib və iştirakçılarıninvestisiya strategiyaları, bazar risklərinin proqnozlaşdırılması,rəqəmsal maliyyə alətlərinin tətbiqi, həmçinin qlobal kapitalbazarlarında yeni trendlərlə bağlı sualları "InvestAZ"mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb. Seminartələbələrə real bazar proseslərinin mahiyyətini anlamağa, analitikdüşünmə bacarıqlarını inkişaf etdirməyə və maliyyə savadlılıqlarınıartırmağa şərait yaradıb.

"InvestAZ" tərəfindən verilən məlumata görə, şirkət ali təhsilmüəssisələri ilə əməkdaşlığı genişləndirməyi, tələbələrin maliyyəbazarları üzrə bilik və bacarıqlarını gücləndirmək üçünmaarifləndirici proqramları davam etdirməyi planlaşdırır. Şirkətinnümayəndələrinin sözlərinə görə, bu tip seminarlar gənclərin realiş mühiti ilə tanış olmasına, onların gələcək karyera inkişafına vəəmək bazarında rəqabət qabiliyyətlərinin artmasına mühüm töhfəverir.

BAAU və "InvestAZ" arasında qurulan bu əməkdaşlıq modeli yüksəkixtisaslı kadrların hazırlanması, tələbələrin nəzəri biliklərinipraktiki aspektlərlə tamamlaması və müasir maliyyə bazarlarınaçıxış imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsbedir.

Seçilən
90
4
az.trend.az

5Mənbələr