AZ

Ölkəmizdə ilk dəfə nəşr olunan “İnsan hüquqları. Ensiklopediya” adlı kitab təqdim olunub (FOTO)

Bakı. Trend:

Tanınmış hüquqşünas alim, Bakı Dövlət Universitetinin (BDU)Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru,dosent Zaur Əliyevin yeni kitabı nəşr olunub.

Trend xəbərverir ki, respublikamızda ilk dəfə olaraq nəşr olunan “İnsanhüquqları. Ensiklopediya” adlı kitab Konstitusiya və Suverenlikilinə həsr edilib.

Dekabrın 5-də “Beynəlxalq İnsan Hüquqları Günü” ərəfəsindəkitabın təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif dövlətqurumlarının, ali təhsil müəssisələrinin, parlamentin, məhkəmə vəprokurorluq orqanlarının, vəkilliyin, mediasiyanın, beynəlxalqtəşkilatların, QHT və media nümayəndələri, həmçinin müəllim vətələbələr iştirak ediblər.

Kitab BDU Hüquq fakültəsinin Elmi Şurasının qərarı əsasında bpşirkətinin dəstəyi ilə çap edilib. Kitabın rəyçisi Hüquqfakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCOkafedrasıdır.

Təqdimat mərasimində çıxış edən ensiklopediyanın müəllifi ZaurƏliyev bildirib ki, respublikamızda insan hüquqları sahəsindəislahatların əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulubvə Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çoxdiqqət yetirdiyi sahələrdən biri insan hüquqlarının qorunması olub.Ulu Öndərin müəllifi olduğu ilk milli konstitusiyamızın insanhüquqlarına hörmət və insan ləyaqətinin üstünlüyü prinsiplərinəəsaslandığını, əsas qanunda insan hüquqlarının primatlığıprinsipinin öz əksini tapdığını, 1998-ci ildə Ulu Öndər tərəfindəninsan hüquqlarının müdafiəsinə dair ilk dövlət proqramının təsdiqedildiyini, ölüm hökmünün ləğvinin Ulu Öndərin insanın həyatına,ləyaqətinə, yaşamaq hüququna böyük önəm verdiyinin və özfəaliyyətində humanizm və insan hüquqlarına hörmət prinsiplərinirəhbər tutmasının mühüm göstəricisi olduğunu bildirib. AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən İnsan HüquqlarıGününün təsis edilməsi, insan hüquqlarının müdafiəsinə dair millifəaliyyət planı və proqramlarının və bununla bağlı digər sənədlərinimzalanmasının dövlət başçısının Ulu Öndərin insan hüquqlarısiyasətini uğurla davam və inkişaf etdirməsinin mühüm göstəricisiolduğunu vurğulayıb. Ulu Öndərin xeyirxahlıq missiyasının HeydərƏliyev Fondu tərəfindən yaşadıldığını qeyd edən müəllif AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanınfəaliyyətinin insan hüquqlarının, xüsusilə sosial hüquqlarınsəmərəli təmin olunmasına yönəldiyini bildirmişdir.

Hər bir hüquqi dövlətdə insan hüquqlarının tədrisinin mühüməhəmiyyət kəsb etdiyini vurğulayan müəllif təqdim olunanensiklopediyanın hüquq elminin bu mühüm sahəsinin dərindənöyrənilməsinə xidmət etdiyini bildirmişdir. Ensiklopediyada insanhüquqlarının müxtəlif məsələlərinə həsr olunmuş və insanhüquqlarının həm nəzəri, həm də praktik aspektlərini əhatə edənmindən çox müddəanın öz əksini tapdığını qeyd edən müəllif buradahüquq ədəbiyyatında ilk dəfə olaraq bir sıra anlayışların, məsələnetnik təmizləmə, şəxsin suverenliyi, qayıdış hüququ və digər bukimi terminlərin ətraflı izahının və şərhinin verildiyini diqqətəçatdırmışdır.

2014-cü ildə bu işə başlayarkən əsas iki məqsədinin olduğunuqeyd edən müəllif bunlardan birinin insan hüquqlarını sistemli,elmi və eyni zamanda hamı üçün anlaşılan şəkildə təqdim etmək,ikincisi isə Azərbaycan hüquq elminə yeni geniş həcmli və etibarlıbir mənbə qazandırmaq olduğunu bildirmişdir. Dövlət suverenliyininvə insan hüquqlarının paralel inkişaf etdikdə cəmiyyətin güclüolduğunu bildirən müəllif məhz bu baxımdan təqdimatın belə birxüsusi ildə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeydetmişdir.

Bu yolda ona dəstək olan insanlara, alimlərə, müəllimlərinətəşəkkürünü bildirən müəllif həmçinin ona daim motivasiya verəntələbələrinə də minnətdarlığını ifadə edərək, onların suallarınınvə enerjisinin bu kitabın formalaşmasına təsir göstərdiyinivurğulamışdır.

Çıxışının yekununda Z.Əliyev insan hüquqları üzrə bələdçi olanbu ensiklopediyanın nəşrinin Konstitusiya və Suverenlik İlinə,həmçinin Azərbaycan ictimaiyyəti üçün dəyərli töhfə olacağına ümidetdiyini bildirmişdir.

Təqdimat mərasimində çıxış edənlər ölkəmizdə ilk dəfə nəşredilən insan hüquqları üzrə ixtisaslaşmış ensiklopediyanın hüquqelminin dərindən və hərtərəfli öyrənilməsi baxımından əhəmiyyətinivurğulayaraq bu unikal ensiklopedik vəsaitin həm də insanhüquqlarının səmərəli tədrisinə yardımçı olacağını bildirmişlər.Vurğulanmışdır ki, insan hüquqlarının elmi-nəzəri cəhətdənöyrənilməsi və praktiki tətbiqi haqqında biliklərin, insanhüquqlarına hörmətə əsaslanan hüquq mədəniyyəti və hüquqdüşüncəsinin formalaşmasında, gənc nəslin insan hüquqlarına hörmətruhunda tərbiyə olunmasında təqdim olunan bu ensiklopediyanınözünəməxsus rolu olacaqdır.

Qeyd edək ki, Ensiklopediyada həmçinin konstitusiya vəsuverenliklə, Vətən müharibəsi, Zəfərlə, Türk Dövlətləri Təşkilatıilə bağlı bir sıra mühüm müddəalar da təsbit olunmuşdur.Ensiklopediyanın “Vətən müharibəsi” hissəsində müəllif AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin adının tarixə “Qalib Azərbaycan dövlətinin banisi” kimiqızıl hərflərlə yazıldığını xüsusi vurğulayır.

Ensiklopediya tələbələr, magistrantlar, doktorantlar,müəllimlər, elmi işçilər, hüquq müdafiəçiləri, hüquqşünaslar,dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, insanhüquqları sahəsində ixtisaslaşan təşkilatların nümayəndələri,həmçinin insan hüquqları ilə maraqlanan oxucu auditoriyası üçünnəzərdə tutulmuşdur. Ensiklopediyadan həmçinin ali təhsilmüəssisələrində dərs vəsaiti kimi də istifadə edilə bilər.

Ölkəmizdə
Ölkəmizdə
Ölkəmizdə
Seçilən
144
2
az.trend.az

3Mənbələr