ain.az bildirir, Fanat saytına əsaslanaraq.
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində dünən səfərdə "Qəbələ"yə uduzaraq (1:2) mübarizəni dayandıran "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli komandaya 2 günlük istirahət verib.
Fanat.Az-ın məlumatına görə, 1-ci Liqanın şəriksiz lideri bazar günü Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydanında bir araya gələrək "Zaqatala" ilə çempionat matçının hazırlıqlarına başlayacaq.
1-ci Liqanın 10-cu turu çərçivəsində baş tutacaq "Şəfa" - "Zaqatala" qarşılaşması dekabrın 11-də, Binə qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti 14:30-da səsləndiriləcək. Bakı təmsilçisi 23 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıbsa, 16 xala malik qonaq komanda 4-cü yerdədir.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.