AZ

“Türkiyə Tel-Əviv üçün İrandan daha böyük təhlükədir” - İsrailli deputat

“Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında strateji barıt çəlləyinə çevrilib”.

Missiya.Az xəbər verir ki, bunu israilli deputat Ohad Tal parlamentdə (Knesset) çıxışı zamanı deyib.

Siyasətçi Qüdsdəki Türkiyə Konsulluğunun bağlanmasının vacib olduğunu bildirib.

Tal, Türkiyənin İsrail və Qərb dünyası üçün İrandan daha böyük strateji təhlükəyə çevrildiyini iddia edib:

"Ərdoğanın rəhbərliyi altında Türkiyə sadəcə rəqib deyil, o sürətlə və güclü şəkildə çox da uzaq olmayan gələcəkdə İran təhlükəsindən daha böyük ola biləcək bir təhlükəyə çevrilir. Bu gün Türkiyə iqtisadi, hərbi və diplomatik baxımdan İrandan daha güclü bir ölkədir. NATO üzvüdür, Vaşinqtonda legitimliyə malikdir və Pekinlə yaxşı münasibətlər saxlayır", - deyə siyasətçi vurğulayıb.

Tal Türkiyənin hər fürsətdə İsrailin maraqlarına qarşı qəsdən işlədiyini və HƏMAS-ı dəstəklədiyini qeyd edib.

"Bu qatil terror təşkilatının siyasi rəhbərliyi İstanbul və Ankarada rahatlıqla oturur. Dünyaya mesajımız aydın və birmənalı olmalıdır. Əzəli düşmənlərimizə sığınacaq verən bir ölkəyə gələcəkdə Qəzzada heç bir rol verilməyəcək", - deyə deputat əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
100
3
missiya.az

9Mənbələr