AZ

Almaniya yeni hərbi xidmət qanununu təsdiqlədi

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya Bundestaqı Rusiya ilə gərginlik fonunda Bundesverin genişləndirilməsini nəzərdə tutan yeni hərbi xidmət qanununu qəbul edib.

Qanun ikili sistemi tətbiq edir: könüllü xidmətə üstünlük verilir, lakin ehtiyac yaranarsa, məcburi çağırış yenidən aktivləşdirilə bilər.

Sənədə görə, ordunun şəxsi heyəti 183 mindən 260 minə, ehtiyat qüvvələri isə 2035-ci ilədək 200 minə çatdırılmalıdır. 2008-ci ildən sonra doğulan bütün kişilər tibbi müayinədən keçəcək. 18 yaşlı qadın və kişilərə müraciət göndərilsə də, yalnız kişilər cavab verməyə məcbur olacaq.

Almaniyanın addımı Avropada artan hərbi hazırlıq tendensiyası ilə üst-üstə düşür: bir çox ölkələr könüllü xidməti genişləndirir, Baltik və Skandinaviya dövlətləri isə məcburi çağırışı gücləndirir.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr