AZ

Hikmət Hacıyev Aleksandr Vinnikovla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Tbilisidəki Nümayəndəlik Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Far.Az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş səmərəli keçib. Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.

Nümayəndə heyəti, həmçinin NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025-26-cı illərdə NATO-nun Azərbaycandakı əlaqə mərkəzi kimi fəaliyyət göstərəcək Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə təşkil olunub.

Seçilən
26
5
far.az

10Mənbələr