AZ

13 yaşlı oğlan ailəsini qətlə yetirən şəxsləri edam etdirdi (VİDEO)

"Taliban"ın idarə etdiyi Əfqanıstanda 13 yaşlı uşaq Xost şəhərindəki stadionda ailəsini öldürməkdə təqsirli bilinən üç kişini edam edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə stadiona toplaşan 80 min insanın gözü önündə baş verib. 

Xost polisi  qeyd edir ki, edam olunan şəxslər bir ailənin məhvinə səbəb olublar. Ailənin sağ qalan yeganə üzvü olan oğlan edamı özü həyata keçirib.

Məhkəmə bildirib ki, ailəyə barışıq variantı təklif edilib, lakin qətlə yetirilən ailənin oğlu ölüm hökmü tələb edib. 

Edamdan əvvəl BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Riçard Bennet açıq şəkildə edamı “qeyri-insani” adlandıraraq edamları dayandırmağa çağırıb.

Gülayə Mecid 

Seçilən
78
1
unikal.az

2Mənbələr