AZ

Azərbaycan–Gürcüstan Media Forumunda növbəti panel sessiya keçirilib - FOTO

Bakıda Azərbaycan–Gürcüstan Media Forumu çərçivəsində “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda panel sessiya keçirilib.

Aznews.az xəbər verir ki, panel sessiyada Azərbaycan və Gürcüstandan olan media ekspertləri mövzu üzrə fikirlərini bölüşüblər.

Medianın İnkişafı Agentliyinin departament direktoru Ləman İsgəndərova media savadlılığının artırılması üçün nümayəndəsi olduğu qurumun həyata keçirdiyi tədbirlər barədə danışıb. O, agentliyin mütəmadi olaraq “Media Savadlılığı Həftəsi” təşkil etdiyini, media savadlılığının təhsil sisteminə inteqrasiya üçün çalışdığını, bu anlayışın formal və qeyri-formal təhsil üsulları ilə təbliğ olunması üçün səy göstərdiyini deyib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu media savadlılığının sadəcə jurnalistlərlə məhdudlaşmamalı olduğunu, ümumilikdə cəmiyyətin media savadına malik olmasının əhəmiyyətini vurğulayıb. O, bu sahədə görülə biləcək işlərlə bağlı öz mövqeyini açıqlayıb, təkliflərini irəli sürüb.

“21-ci əsrdə yaşayan insan mütləq media savadlılığına malik olmalıdır”, - Vüqar Zifəroğlu əlavə edib.

Seçilən
5
3
aznews.az

4Mənbələr