AZ

Aleksa Yankoviç: “Sumqayıt”la avrokuboklarda oynayacağıma inanıram”

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sumqayıt”ın futbolçusu Aleksa Yankoviç komandasının avrokuboklara vəsiqə qazanacağına inanır.

Serbiyalı yarımmüdafiəçi vurğulayıb ki, “Difai” üzərində çox vacib qələbə qazandıq. Bizon Azərbaycan Kubokunda çempion ola biləcək komandaya sahibik. Oyundan-oyuna, addım-addım irəliləməliyik. “Sumqayıt” Premyer Liqada ilk “üçlüy”ü tuta bilər. Buna inanıram. İnanıram ki, bu komanda ilə növbəti mövsüm avrokuboklarda çıxış edəcəyəm”, - deyə o, “teleqraf”a açıqlamasında deyib.

Qeyd edək ki, “Sumqayıt” “Difai”ni 3:1 hesabı ilə məğlub edərək Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yüksəlib. “Kimyaçılar” bu raundda “Zirə” ilə qarşılaşacaq. Saşa İliçin rəhbərlik etdiyi kollektiv Azərbaycan Premyer Liqasında isə 13 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb.

Aleksa Yankoviç cari mövsümün əvvəlindən Sumqayıt təmsilçisinin şərəfini qoruyur. O, meydana çıxdığı 14 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
icma.az

3Mənbələr