AZ

“Pula görə xəstəxana qəbul etmədi, atam ambulansda qaldı, sonra da öldü”

Ötən ilin noyabrın 9-da Gəncədə baş verən və iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qəzanın iştirakçısı Sənan İsgəndərov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə günü Sənan İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Hadisə nəticəsində “Opel”də olan Faxrəddin Əliyev və həyat yoldaşı Kəbirə Əliyeva çatdırıldıqları xəstəxanada dünyasını dəyişib.

Ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı 2001-ci il təvəllüdlü Sənanın 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobili saatda 108 kilometr sürətlə idarə etdiyi müəyyənləşib.

Məhkəmədə ifadə verən zərərçəkmişlərin oğlu bildirib ki, xəstəxanaya gedəndə atasının başının yarıldığını, anasına da elektroşok verildiyini görüb:

Seçilən
58
1
publika.az

2Mənbələr