AZ

46 yaşında vəfat etdi

“Kayrat”ın sabiq baş məşqçisi Kirill Keker dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb.

46 yaşında vəfat edən mütəxəssisin ölüm səbəbi açıqlanmır. Klubun rəsmi bəyanatında belə deyilir: “Bu, klub üçün son dərəcə ağır itkidi. O, 10 ildən çox müddətdə “Kayrat”ın sisteminin ən vacib hissələrindən biri olub və Qazaxıstan futbolunun inkişaf istiqamətinin müəyyənləşməsində mühüm rol oynayıb. Onun vəfatı bizi dərindən sarsıtdı”.

Keker “Kayrat”a 2022-ci ilin iyununda Kurban Berdıyevin istefasından sonra baş məşqçi təyin olunmuş və 2024-cü ilin aprelində postunu tərk etmişdi. 2025-ci ilin yanvarından Qazaxıstan U-19 yığmasında çalışan mütəxəssis eyni zamanda “Kayrat”ın akademiyasının rəhbəri vəzifəsini icra edirdi.

Seçilən
59
4
football-plus.az

5Mənbələr