Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı dekabrın 8-də Türkmənistan Respublikasının Avaza şəhərinə səfər edəcəklər. Newscenter.az xəbər verir ki, millət vəkilləri burada “ Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfransda iştirak edəcəklər. Tədbirdə qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə ediləcək.Səfər dekabrın 11-də başa çatacaq. Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.