AZ

"Araz-Naxçıvan"ı "Benfika" ilə oyuna kimin çıxaracağı bilindi" - AÇIQLAMA

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununa çıxacaq futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan"ı "Benfika" ilə matça Yevgeni Kukseviç çıxaracaq. 

Bu barədə Fanat.Az-a klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

"Baş məşqçimizin vizasının alınmasında ləngimə olmuşdu. Buna görə hətta onun Portuqaliyaya gəlib-gəlməyəcəyi sual altına düşmüşdü. Ancaq dünən günün sonunda problem həll olundu və rusiyalı mütəxəssis gecə yola düşüb komandanın yanına gəldi. Ötən günkü son məşqi Kukseviçin köməkçiləri keçdilər. Heyətlə bağlı da problem yoxdur. Son təlimatları baş məşqçi özü verəcək".  

Qeyd edək ki, "Araz-Naxçıvan" "Benfika" ilə Bakıdakı oyunda 0:9 hesabı ilə uduzub. Cavab görüşü bu gün Lissabondakı "Pavilhao Fidelidade"də baş tutacaq. Matçın start fiti 21:30-da səsləndiriləcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. 

Mirağa

Seçilən
44
2
fanat.az

3Mənbələr