AZ

"Mehdiyevlə bağlı yanaşma səhvdir" YAP cı baş redaktordan AMEA ya İTTİHAM

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

“Milli Elmlər Akademiyasından verilən açıqlamada deyilir ki, Ramiz Mehdiyevin akademikliyi məhkəmənin verəcəyi qərardan sonra ləğv ediləcək”.

Bakupost.az xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bildirib.

Onun fikrincə, bu, olduqca məntiqsiz və səhv yanaşmadır:

“Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir. Ona cinayət işini Elmlər Akademiyası qaldırmayıb ki, nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır”.

Lalə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
2
www.bakupost.az

3Mənbələr