AZ

25 yaşına qədər evlənməyən gənclərə “darçın duşu”

Danimarkada əsrlərdir yaşanan maraqlı bir ənənə yenidən gündəmdədir. Ölkədə 25 yaşına qədər evlənməyən gənclər dostlarının zarafatı ilə dirəyə bağlanır və başdan-ayağa darçınla “yuyulurlar”. Adət Pebersvend - “bibər yoldaşı” adı ilə tanınır və çox qədim köklərə malikdir.

Bu ənənənin tarixi izahına görə, ötən əsrlərdə Danimarkada ədviyyat satan səyyar tacirlərin evlənməsinə uzunmüddətli müqavilələr səbəbilə icazə verilmirdi. Bu səbəbdən onlar “pebersvend”, yəni “bibər yoldaşı” adlandırılırdı və simvolik olaraq “yeganə həyat yoldaşları” ədviyyat hesab olunurdu.

Müasir Danimarkada ənənə daha çox zarafat xarakteri daşıyır. Əsas narahatlıq darçının ətrafa səpilməsi, küçələrin çirklənməsi və sakinlərə, eləcə də ev heyvanlarına problem yaratmasıdır.

Aalborg şəhərində isə buna kreativ həll tapılıb. Gənclərin çox yaşadığı bir yaşayış kompleksində “darçın duşu” üçün xüsusi dirək qurulub. Bu, adətin davam etməsinə şərait yaradır, eyni zamanda ictimai yerlərin kirlənməsinin qarşısını alır.

Danimarkalılar ümid edirlər ki, Aalborgdakı bu təşəbbüs digər bələdiyyələr üçün də nümunəyə çevriləcək.

Qeyd edək ki, bu xəbəri Avropa Azərbaycanlıları sosial şəbəkə qrupu paylaşıb.



Xəbər 2 dəfə oxunub.
Seçilən
14
xezernews.az

1Mənbələr