Bakı. Trend:
Azərbaycanda mədəni sərvətləri korlama və mədəni sərvətləri məhvetmə anlayışları müəyyənləşir.
Trend xəbər verir ki, buməsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan“Mədəniyyət haqqında” qanun layihəsində öz əksini tapıb.
Belə ki, qanuna aşağıdakı anlayışlar əlavə edilir:
- yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o cümlədənmədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti iləməşğul olan fiziki şəxs;
- mədəni sərvətləri korlama – mədəni sərvətlərin tarixi vəmədəni dəyərinin qismən itirilməsinə, bədii-estetik görkəminindəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına, yeniquruluşa və ya qismən yararsız hala salınmasına səbəb olan qanunsuzmüdaxilələrin və ya digər qanunsuz əməllərin törədilməsi;
- mədəni sərvətləri məhv etmə – mədəni sərvətlərin dəyərininhəmişəlik itirilməsinə və ya ilkin vəziyyətinin bərpasınınqeyri-mümkün olduğu tam yararsız hala salınmasına səbəb olanqanunsuz olaraq dağıdılması, parçalanması, yandırılması,partladılması və ya digər təsir üsullarının qanunsuz tətbiqedilməsi.
Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydadaqabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələritətbiq edilməklə dövlət tərəfindən qorunur.
Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və yaməhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcədə onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaqtikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərininvə ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Layihəyə əsasən, bu Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla,dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhvedilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla(qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə dəonların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaqtikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərininvə ya abadlaşdırma tədbirlərinin aparılmasına yol verilməyəcək.
Qüvvədə olan qanuna əsasən, Qanunda istifadə olunan yaradıcışəxs anlayışı mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyətsahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olanfiziki şəxs deməkdir.
Qüvvədə olan qanuna əsasən, mühafizə məqsədilə mədəni sərvətlərəmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydadaqabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələritətbiq edilir.
Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədənisərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanla (qurumla) razılaşdırılmadan sökülməsi, məhv edilməsi,parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi vəzahiri görkəminin dəyişdirilməsi qadağandır.
Mədəniyyət sahəsində bu Qanunun 39.2-ci maddəsi nəzərəalınmaqla, mədəni sərvətlərin sökülməsi, məhv edilməsi,parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi vəzahiri görkəminin dəyişdirilməsinə yol verilmir.