AZ

AzMİU nümayəndəsi Nyu-York Universitetində keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib (FOTO)

Bakı. Trend:

Nyu-York Universiteti Şanxay və Feişu Çin icmasınıntəşkilatçılığı ilə keçirilən “Optimization, Control and AI” adlıbeynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) rektorunun müşaviri Sərxan Talıbzadə məruzə ilə çıxışedib.

O, “AI-Powered Plagiarism Detection for Academic Writing inLow-Resource Languages” mövzusunda təqdimat edərək aşağı resursludillərdə akademik mətnlərin süni intellekt vasitəsilə plagiatanalizinin aparılması üzrə apardığı tədqiqatın nəticələriniiştirakçılarla bölüşüb. Qeyd olunan mövzu Sərxan Talıbzadəninhazırda üzərində çalışdığı elmi-tədqiqat işinin əsasistiqamətlərindəndir.

Tədbir çərçivəsində Harvard, Prinston, Fudan, Şanxay Jiao Tonq,London Kraliça mariya universitetləri, London İmperial Kolleci kimidünyanın aparıcı ali təhsil müəssisələrindən olan alimlərinçıxışları dinlənilib.

Səfərin növbəti günündə Sərxan Talıbzadə BMT-nin UNU-INWEHtəşkilatı tərəfindən keçirilən hakatonda münsiflər heyətinin üzvükimi çıxış edib. O, həmçinin Stockholm Water Prize mükafatılaureatı, dünya şöhrətli hidrogeoloq professor Con Çerri ilə elmimüzakirələr aparmaq imkanı qazanıb.

Səfərin sonuncu günü AzMİU nümayəndəsi Şanxay Robot SənayeTexnologiyaları Elmi-Tədqiqat İnstitutunda olub və elm-sənayeinteqrasiyası əsasında yaradılan innovativ həllərlə yaxından tanışolub.

Sərxan Talıbzadə səfərin yüksək səviyyədə təşkil olunmasını,elmi işinə beynəlxalq akademik ictimaiyyət tərəfindən veriləndəyəri və iştirakla bağlı bütün xərclərin qarşılanmasını böyüketimad göstəricisi kimi qiymətləndirib. Bildirib ki, nüfuzlubeynəlxalq elm adamları ilə süni intellekt texnologiyalarınıninkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq onun üçünson dərəcə dəyərli elmi təcrübə olub.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Seçilən
58
1
az.trend.az

2Mənbələr