AZ

Bakıda işdən evə gec gələn qadın əri tərəfindən döyüldü

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nizami rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 7-də baş verib. Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Əfqan həmin gün saat 17 radələrində birgə yaşadıqları evdə arvadı Zəminənin (adlar şərtidir – red.) işdən evə gec gəlməsi səbəbindən onunla mübahisə edib. Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Əfqan qəsdən yumruqla bir neçə dəfə arvadının başından və bədəninin digər nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib.Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən ona qarşı şikayətinin geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
demokrat.az

1Mənbələr