AZ

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat etdi

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib.

Bizim.Media “Qafqazinfo.az”a istinad xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib.

Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zamanı halının pisləşməsi olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

Seçilən
72
1
bizim.media

2Mənbələr