ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
"Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli zərər görüb".
APA xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda keçirilən III Beynəlxalq Konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.
O bildirib ki, Qərbi Azərbaycandakı mədəni irsimizin bərpası məsələsinin gündəmə gətirilməsi vacibdir: “Qərbi Azərbaycanda əcdadlarımızın yaratdığı mədəni irs nümunələri ermənilərin vandalizminə məruz qalıb. Bununla bağlı UNESCO-ya müraciət ünvanlamışıq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.