AZ

Gəncədə gənc bıçaqlandı YENİLƏNİB

ain.az, Unikal.az saytına istinadən bildirir.

04.12.2025-ci il tarixində saat 21:10 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə, TƏBİB məluimat yayıb.

Bildirilib ki, sol budun üçdə bir hissəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

**** 20:40

Gəncədə bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini 2008-ci il təvəllüdlü Y.Dövləti bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
137
50
unikal.az

10Mənbələr