Bakı. Trend:
Mobil operatorun dəstəyi ilə gələcəyin texnologiyamütəxəssisləri “RobotChallenge”də yarışacaq.
Azercell ölkədə innovasiya və texnoloji bacarıqların inkişafınıtəşviq edən daha bir layihəyə dəstək verir. Mobil operator dünyanınən böyük və nüfuzlu robototexnika yarışlarından biri hesab olunanBeynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycandakırəsmi sponsorlardan biri qismində çıxış edəcək. Bu əməkdaşlıqçərçivəsində Azercell 2026-ci ildə keçiriləcək ölkə üzrə milliseçim mərhələsinin təşkilini dəstəkləyəcək.
Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026‑cı iltarixlərinədək açıqdır.
2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalıhər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçılarıbir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinəmarağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkaretmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir.Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çindəbaş tutacaq beynəlxalq finalda təmsil edəcək.
“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmayaqatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanınamüraciət edə bilərlər.