Gəncədə ötən gün 17 yaşlı yeniyetməni bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Y.Dövlətiyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı P.Verdiyev saxlanılıb.
O cümlədən, ötən gün Gəncədə 22 yaşlı A. İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı A. Mahmudov da saxlanılıb.
Hər iki hadisə üzrə araşdırmalar davam etdirilir.